HAQQIMIZDA

Baku Karting & Event Сenter –  bütün sürət və maşın sürmə sevənlər üçün 2010-cu ilin iyun ayında açılmış Cənubi Qafqazda ən böyük, qapalı əyləncəli Kartinq mərkəzidir. Ümumi sahəsi  4000 м² olan mərkəzin ərazisində uzunluğu 500 m olan asfaltla örtülmüş yol, həmçinin aparıcı alman istehsalçısı olan Rimonun yeni peşəkar kartlarından ibarət maşın parkı var.

Baku Karting & Event Сenter-lə bir dam altında 120 nəfəri qəbul etmək imkanına malik olan müasir «Rich Club & Lounge» yerləşir. Yarış yolunun panorama görünüşü azarkeşlərə yarışa baxmağa və eyni zamanda ləziz yeməkdən və əla kokteylərdən həzz almağa imkan verir.

Baku Karting & Event Center - bu…

    …unudulmaz aktiv istirahətdir
Siz həmişə yarış avtomobilində oturmağı arzulamısınız? Yarışda iştirak etməyi arzulamısınız? Və ya hətta özünüzü qalib hiss etməyi? Artıq Sizin üçün bu imkan yaradılıb! Cənibu Qafqazda ən böyük, əyləncəli Kartinq mərkəzində Siz kartın sükanı arxasında tam təhlükəsiz vəziyyətdə unudulmaz hissləri keçirəcəksiniz!

    …qeyristandart korporativ tədbirlər
Baku Karting & Event Сenter – qeyristandart korporativ tədbirlərin keçirilməsi üçün əla yerdir. Siz səyyar korporativ treninq, təqdimat, biznes seminarını keçirtmək və ya şirkətin yubileyini qeyd etmək istəyirsinizsə bizə müraciət edin. Biz Sizə unudulmaz tədbirin təşkilində kömək edərik!

    …unudulmaz xüsusi bayramlar
Yubiley, ad günü, təhsilin başa vurması, yeni il... Sizin bayram etmək üçün səbəbiniz var? Biz Sizə özünüzün, dostlarınızın və yaxınlarınızın uzun müddət unuda bilməyəcəyi xüsusi bayram tədbirini təşkil etməyə kömək edərik!

   
    …ulduzların və məşhurların çıxış və konsertlərinin keçirilməsi üçün uyğun yer
Zalımızda 200 qədər qonaq yerləşdirilə bilər və orada peşəkar təşkil olunmuş səhnə qurulub. Gələcəkdə təşkil olunacaq tədbirlər haqqında məlumat almaq üçün saytımızı izləyin!

Baku Karting & Event Сenter – sürət hərarəti!