Kartda necə sürmək olar

Kartinq mərkəzimizdə kartda sürmək üçün aşağıdakıları etməlisiniz:

    1.ZƏNG VURMAQ

    2.GƏLMƏK

  •     Siz kartinq mərkəzimizin Resepşn şöbəsinin bu nömrəsinə zəng vurursunuz: +99 4(0)12 5627526
  •     Yürüşü ehtiyatda saxladırsınız – bunun üçün Siz neçə nəfərlə iştirak edəcəyinizi və yürüşlərinizin sayını müəyyən etməlisiniz. Həmin sifarişi biz bir gün əvvəldən tez olmayaraq qəbul edirik.  
  •     Siz dostlarınızı yığıb bu ünvana gəlirsiniz: Dərnəgül prospekti, Neft küç., 30/68.
  •     Siz kartinq mərkəzinə ehtiyatda saxladığınız vaxtdan ən geci 15 dəqiqə əvvəl gəlməlisiniz ki, öz yarışınızı ödəyib geyiminizi dəyişə biləsiniz.

    3.KARTDA SÜRMƏK

  •     Kartinq mərkəzinin Resepşn şöbəsində ödəyirsiniz və yarışa dair çeklərinizi götürürsünüz (həmin çeki Siz sonra yarışdan əvvəl təlimatçıya təqdim edəcəksiniz)
  •     Lazımi təchizatı alırsınız, dəbilqə, onun altından taxılan papaq, , rahat ayaqqabı (qızlar üçün).
  •     Yarışa keçirsiniz – çekdə onun nömrəsi göstərilir, lövhədə isə cari yürüşün nömrəsi göstərilir.
  •     Kartinq mərkəzinin təlimatlarına diqqətlə qulaq asırsınız, əlavə sual verməyi çəkinməyin – soruşun!

    Həzz alın!